"32 illik Qanlı yaddaş" başlığı altında tədbir

     BŞTİ-nin əmrinə əsasən məktəbin Fəaliyyət Planına uyğun olaraq, məktəbimizdə silsilə tədbirlər həyata keçirilir. 

   19 yanvar 2022-ci ildə şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların Vətənə layiqli övlad kimi yetişdirilməsi məqsədilə 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı "32 illik Qanlı yaddaş" adlı tədbir keçirilmişdir. Babayeva Arzu müəllim və Rzayeva Sevil müəllimin aparıcılığı ilə baş tutan tədbir Azərbaycan Dövlət himni ilə açıq elan edildi, daha sonra isə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

   Daha sonra şagirdlərin ifasında vətənpərvər ruhlu şeirlər, mahnılar səsləndirilmiş, həmin hadisələrin mahiyyətini açan videoçarxlar nümayiş olunmuşdur.

   

   Məktəbin direktoru Rəhimova Günay xanım da öz növbəsində çıxış edərək, 20 Yanvar tarixinin Azərbaycan tarixində təkcə faciə deyil, eyni zamanda Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu vurğulanmışdır.

   Məktəbin akt zalında keçirilmiş tədbirdə şagirdlərə videotəqdimatlar vasitəsilə mövzunun dərinliyini çatdırmağa çalışıldı. Eyni zamanda Ümummili lider Heydər Əliyevin 20 Yanvar hadisələri ilə bağlı münasibətini göstərərək, onun hər şeydən əvvəl, bu faciəni Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandırmış, eləcə də 20 Yanvar xalqımızın həyatında dərin və sonsuz hüzn törətməsinə baxmayaraq, ulu öndər onu tarixi qəhrəmanlıq nümunəsi kimi dəyərləndirmiş, yeni nəsillər üçün örnək səviyyəsinə yüksəltməsi ilə bağlı çıxışı təqdim edildi.

 

#mekteb302

 #20yanvar1990

#heydərəliyev

 

#mekteb302 #20yanvar1990 #BlackJanuary #20January1990

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi