"Hüquqlarımızı qoruyaq"

302 №-Lİ TAM ORTA MƏKTƏBDƏ “KONSTİTUSİYA VƏ SUVERENLİK İLİ”NƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ
30.05.2025-ci ildə "Konstitusiya və Suverenlik İli" və 18 may-18 iyun hüquq aylığı ilə əlaqədar Əhməd Zeynallı adına 302 №-li tam orta məktəbdə "Hüquqlarımızı qoruyaq"adlı tədbir keçirildi.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etdilər.
Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev "Konstitusiya və Suverenlik İli"nin təsis edilməsinin əhəmiyyətindən danışıb, Konstitusiya və suverenlik haqqında tarixi faktlara əsaslanan məlumatlarla çıxış edərək şagirdləri məlumatlandırdı.
Sonra şagirdlərin ifasında “Konstutisiya və Syuverenlik İli”nə həsr olunmuş şeirlər səsləndirildi, mahnılar ifa olundu, səhnəciklər göstərildi. Tədbirdə 2B sinif şagirdi Əliyeva Humrayın "Bayraq" şeirini söylədi. "Mətbuat və media -1995-ci ildə", "Suverenlik ağacı", şagirdlərin ingilis dilində Konstitusiya və suverenlik haqqında təqdimatı və video-çarx, "Məktəb məhkəməsi" kimi səhnəciklər göstərildi.
Sonra 4A sinfinin şagirdlərinin ifasında "Yaşa Azərbaycan" mahnısı ifa edilərək Azərbaycan bayrağı səhnəyə gətirildi.
Tədbirin sonunda buraxılış imtahanında 300 bal toplayan məktəbin IX sinif şagirdi Hüseynzadə Dəniz Elşən qızı ilə görüşən YAP rayon təşkilatının sədri onu təbrik etdi, təhsildə uğurlar arzuladı.