Məktəbimizdə növbəti ilk!

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 13-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanında 8 nəfər maksimal - 300 bal toplayıb. Onlardan da biri məktəbimizin IX sinif şagirdi Hüseynzadə Dənizdir. Dənizin təhsili ilə yanaşı dərsə davamiyyəti də yüksək olub.
Bu böyük nailiyyət münasibətilə şagirdimizi, valideynlərini və üzərində əməyi olan müəllimlərimizi təbrik edirik.
Uğurların davamlı olsun, əziz şagirdimiz!