"Əziz Şuşa, sən azadsan" adlı bilik yarışı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2022-ci il tarixində təsdiq edilmiş "Şuşa ili" ilə əlaqədar olaraq məktəbin VIII sinif şagirdləri arasında "Əziz Şuşa, sən azadsan" adlı bilik yarışı keçirilmişdir. VIIIa- Zəfər, VIIIb- Qarabağ komandalarına bölünmüşdür. Sonda Qarabağ komandası yarışın qalibi olmuşdur. Tədbiri Azərbaycan dili və ədəbiyyat müəllimi Rəsulova Kifayət və Kərimova Arzu təşkil etmişdir. Dəvətli olaraq məktəbin direktoru Rəhimova Günay xanım, Sinifdənxaric tərbiyə işləri üzrə direktor müavini Qaçayeva Xanımana müəllim və məktəbin psixoloqu Teymurova Esmira xanım iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi