Valideynlərlə məktəb rəhbərliyinin ümumi iclası

Məktəbin Fəaliyyət Planına uyğun olaraq akt zalında valideynlərlə məktəb rəhbərliyinin ümumi iclası keçirilmiş, bir sıra məsələlər valideynlərin nəzərinə çatdırılmışdır. İclasda məktəbin direktoru Rəhimova Günay xanım, T/t işləri üzrə direktor müavini əvəzi Babayeva Arzu müəllim, məktəbin psixoloqu Teymurova Esmira xanım və Sinifdənxaric işlər üzrə direktor müavini Qaçayeva Xanımana müəllim gündəlikdə duran məsələlər barədə çıxışlar ediblər. Valideynin övladına daha güclü nəzarət etməsi, məktəbli geyim forması, nizam - intizam qaydalarına əməl etmək, məktəbin inventarına və divarlarına zərər yetirməklə bağlı, sosial şəbəkələrdə şagirdin mənəvi - psixoloji tərəfdən mənfi təsirlərinə məruz qalması, valideynlərin müəllim - şagird - valideyn vəhdətinə qoşularaq şagirdin uğur, nailiyyətlər əldə edə bilməsi ilə bağlı və s. məsələlər müzakirə edilib. Həmçinin valideynlər narahat edən məsələlərlə bağlı danışıb, suallarla müraciət etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi