"Suveren dövlətin ekoloji dəyərləri" layihəsi

Yaşıl layihə: "Suveren dövlətin ekoloji dəyərləri" layihəsi çərçivəsində 28.05.2025-ci il tarixində 2a sinfinin sinif rəhbəri Mahrux Əskərova şagirdlərlə birlikdə Bakı şəhərində yerləşən Mərkəzi Nəbatat Bağına ekskursiya təşkil etmişdir. Ekskursiyanın məqsədi şagirdlərdə təbiətə maraq oyatmaq, bitki aləmi haqqında biliklərini artırmaq və onlarda ətraf mühitə qarşı qayğıkeş münasibət formalaşdırmaq olmuşdur.
Ekskursiya zamanı şagirdlər müxtəlif nadir və endemik bitki növləri ilə tanış olmuş və təbiət qoynunda əyləncəli vaxt keçirmişlər.Bu cür maarifləndirici ekskursiyalar şagirdlərin təlim-tərbiyə prosesində mühüm rol oynayır və onların dünyagörüşünün formalaşmasına töhfə verir.