"Azərbaycan coğrafiyası" mövzusunda xüsusi dərs

Mayın 22-də “7-dən 17-yə vərənpərvər” layihəsi çərçivəsində məktəbin coğrafiya müəllimi Məmmədova Lalə tərəfindən VIb sinif şagirdlərinin iştirakı ilə "Azərbaycan coğrafiyası" mövzusunda xüsusi dərs keçirilib. Dərsin keçirilməsində məqsəd Azərbaycan coğrafiyasını tanıtmaq, məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini gücləndirməkdən ibarət olub.
Müəllim Azərbaycan respublikasının coğrafi mövqeyini, relyefini, iqlim qurşaqlarını, zəngin təbii sərvətlərə və müxtəlif iqlim şəraitinə malik bir ölkə olduğunu bildirib.