Pedaqoji Şuranın növbəti iclası keçirildi.

21.05.2025-ci il tarixində 2024-2025-ci tədris ili üzrə Pedaqoji Şura iclası keçirildi. İclasda məktəb rəhbərliyi və müəllim kollektivi iştirak etdi. İclasın gündəliyinə daxil olan məsələlər elan edildi. 2024-2025 ci tədris ili üçün Elm və Təhsil Nazirliyi tərəfindən göndərilən müvafiq əmr və təlimatlarla Pedaqoji heyət tanış oldu. Daha sonra şurada I siniflərə qəbul prosesi, mövcud vəziyyət, "Konstitusiya və Suverenlik İli”çərçivəsində keçirilən tədbirlər, II yarımil üzrə BSQ-lərin təşkili və monitorinqi, məktəbin psixoloji-sosial mühitinə dair məsələlər müzakirə edildi.