"Hüquqlarımız və vəzifələrimiz" mövzusunda debat

Məktəbin "Konstitusiya və Suverənlik ili" ilə əlaqədar təşkil olunan tədbirlər planı çərçivəsində VIIIa sinfi ilə "Hüquqlarımız və vəzifələrimiz" mövzusunda debat keçirildi. Tədbir, şagirdlərə hüquq və vəzifə anlayışlarını dərinləşdirərək, onların vətəndaşlıq biliklərini inkişaf etdirməyi məqsəd qoyurdu. Psixoloq və UBTR tərəfindən təşkil olunan debatda iştirakçılar hüquqların qorunması və vəzifələrin yerinə yetirilməsi məsələlərini müzakirə ediblər.