Elan

Valideynlərin nəzərinə!
Hər həftənin çərşənbə günü məktəb rəhbərliyi tərəfindən elektron sistemlər haqqında (UTİS, şagird qəbulu, şagird yerdəyişməsi, Şagird-məzun sistemi, rəqəmsal platforma, elektron jurnal və s.) maarifləndirmə işinin təşkili məqsədilə qəbul günü təyin edilmişdir.Qəbul zamanı əsasən aşağıdakı sualların cavablandırılması təmin ediləcəkdir.
• I sinfə hansı yaş uşaqlar qəbul edilir?
• I sinfə şagird qəbulu hansı formada aparılır?
• Üstünlük hüququna əsasən şagird qəbulu aparılan məktəblər nəyə əsasən təyin edilir?
• Dislokasiya nədir, nə üçün tətbiq edilir və hansı məktəblərə tətbiq edilir?
• Məktəblərin əraziləri hansı orqan tərəfindən müəyyən edilir?
• Məktəbəhazırlıq qruplarına hansı uşaqlar qəbul edilir?
• Məktəbəhazırlıq qruplarına qəbul hansı formda həyata keçirilir?
• Uşaq həm məktəbəhazırlıq qruplarında, həm də dövlət məktəbəqədər müəssisədə təlim tərbiyəyə cəlb edilə bilərmi?
• I sinfə qəbul sistemində və şagird yerdəyişməsi sistemində şagird yerləri necə təyin edilir?
• Hansı halda şagird buraxılış imthanalarında iştirak edə bilmir?
• Eksternat qaydada imtahanlarda kimlər iştirak edə bilər?
• Eksternat qaydada imtahanlarda iştirak etmək istəyən vətəndaş nə vaxt və hara müraciət etməlidir?
• X sinfə şagird qəbulu hansı formada aparılır?
• Rəqəmsal platformada qeydiyyatdan keçən zaman yaranmış problemlə bağlı hara müraciət edilməlidir?