8-ci sinif şagirdləri arasında "Idman Viktorinası" təşkil edildi

İdman həftəsi çərçivəsində məktəbin fiziki tərbiyə müəllimləri Səidə Kərimova və Aynur Həsənova 8-ci sinif şagirdləri arasında idman viktorinası təşkil etdi. Tədbirin əsas məqsədi idman haqqında bilikləri artırmaq, sağlam həyat tərzini təbliğ etməkdən ibarət idi. Viktorinada şagirdlər müxtəlif idman növləri, məşhur idmançılar, olimpiya oyunları, və sağlam həyat tərzi ilə bağlı suallara cavab verdilər. Sonda Zirvə komandası viktorinanın qalibi oldu. Şagirdlərimizi təbrik edirik. Gələcək yarışlarda uğurlar arzulayırıq.

#idmanhəftəsi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi