"Sağlam nəsil- parlaq gələcək" layihəsi

"Sağlam nəsil- parlaq gələcək" layihəsi icra olunur
Təhsilalanlara sağlam və fəal həyat tərzinin təbliğ edilməsi, gənclərin zərərli vərdişlərlə bağlı maarifləndirilməsi, idmanın şagirdlər arasında kütləviləşdirilməsi, həmçinin Azərbaycanın idman şöhrətini yüksəldən idmançılarının tanıdılması məqsədilə "Sağlam nəsil- parlaq gələcək" layihəsi icra olunur. Layihə çərçivəsində hazırlanmış tədbirlər planına uyğun olaraq martın 10-da "Sağlam Gələcək Rəsmlərdə" adlı rəsm müsabiqəsi keçirilib.