“Ən yaxşı təqdimat” müsabiqəsinin məktəb mərhələsi keçirilib

Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinə start verilib. Müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum gününün 102-ci ildönümü ilə əlaqədar, Ulu Öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilir.
3 mart tarixində müsabiqənin növbəti turuna hazırlıq məqsədilə məktəb turu keçirilib.
#ƏnYaxşıTəqdimat #301məktəb #BakıTəhsilİdarəsi #virtualməktəb #fəalməktəb