“Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş maarifləndirici görüş

28.02.2025-ci il tarixində məktəbin Mülki Müdafiə tədbirlər Planına əsasən “Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş maarifləndirici görüş təşkil edildi. Görüşdə məktəbin Mülki Müdafiə qərargahının rəisi Təranə Paşayeva, məktəbin tibb bacısı Günəş Sultanova və şagirdlər iştirak etdi. Görüşü giriş sözüylə açan Təranə Paşayeva şagirdlərə Mülki Müdafiənin əhəmiyyəti, vəzifələri, fövqəladə hallara qarşı hazırlıqlı olmağın yolları , Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi və inkişaf yolu, Azərbaycanın bu təşkilata daxil olması və sonrakı rolu barəsində məlumat verdi. Tibb bacısının iştirakı ilə fövqəladə hallar zamanı ilk yardım tədbirləri əyani şəkildə nümayiş etdirildi. Sonda Mülki Müdafiə Gününə həsr olunmuş videoçarx nümayiş etdirildi. Görüşün keçirilməsində məqsəd şagirdlərin mühafizəsini təşkil etmək, fövqəladə hallarda əhalinin hazırlığını təmin etmək, mühafizə vasitələri ilə əhalinin təmin olunması və ilk yardım məsələlərində istiqamət verməkdir.

#MülküMüdafiə #Məktəb301

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi