Xocalı Faciəsinin Anılması – “Ana Harayı” Abidəsinə Ziyarət

Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, insanlığa qarşı yönəlmiş bu vəhşi qətliamı bir daha ictimaiyyətin diqqətinə çatdırmaq məqsədi ilə “Ana Harayı” abidəsinə ziyarət təşkil edildi.
Erməni terrorunun ən qanlı nümunəsinin baş verdiyi tarixdə – 26 fevralda xalqımızın ən ağrılı anlarını xatırlamaq, faciəni unutmayaraq bir daha səsimizi duyurmaq üçün birlikdə olacağıq. Gəlin, birlikdə xatırlayaq, unutmayaq və unutdurmayaq!