"Şəhid şəhər-XOCALI" adlı konfrans keçirildi

"Şəhid şəhər-XOCALI" adlı konfrans keçirildi.
Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar tarix müəllimləri S.Ələkbərova, P.Quliyeva və P.Şabanova tərəfindən keçirilən konfrans, bu faciənin yaddaqalan anılması və gələcək nəsillərə doğru məlumatların çatdırılması məqsədini güdür. Konfransda, Xocalı soyqırımının tarixi, səbəbləri, nəticələri və dünya ictimaiyyətinin bu faciəyə verdiyi reaksiyalar barədə müzakirələr aparıldı.Bu cür tədbirlər, Xocalı soyqırımının unudulmaması və həqiqətlərin dünyaya çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.