İmtahan stresinin idarə olunması mövzusunda görüş

Məktəbin psixoloqu N.İslamzadə IX sinif şagirdləri ilə imtahan stresinin idarə olunması mövzusunda görüş keçirdi. Görüş zamanı stresin səbəbləri, onunla mübarizə yolları və effektiv hazırlıq metodları müzakirə olundu. Şagirdlərə rahatlanma texnikaları, düzgün zaman idarəetməsi və motivasiya ilə bağlı praktik tövsiyələr verildi. Tədbir interaktiv müzakirələrlə müşayiət olundu və şagirdlərin fəal iştirakı ilə yadda qaldı.