Beynəlxalq Kitab Bağışlama Günü

Məktəbin tərbiyə işləri üzrə direktor müavini P.Şabanovanın və UBTR-i S.Mustafayevanın təşəbbüsü, sinif müəllimlərinin dəstəyi ilə 14 fevral tarixində ibtidai sinif şagirdləri Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə bir-birlərinə kitab hədiyyə etdilər. Şagirdlər sevdikləri kitabları dostlarına təqdim edərək, oxumağın və paylaşmağın dəyərini anladılar. Tədbir zamanı onlar kitablar haqqında fikirlərini bölüşdü, maraqlı hekayələr danışdı və yeni əsərlərlə tanış oldular. Bu təşəbbüs məktəbdə oxu mədəniyyətini gücləndirməklə yanaşı, dostluq və paylaşma hisslərini də inkişaf etdirdi.