"Zərərli vərdişlərə yox deyək" mövzusunda maarifləndirici tədbir

Məktəbin Uşaq Birliyi Təşkilatının rəhbəri S. Mustafayeva və tibb bacısı G. Sultanovanın təşkilatçılığı ilə VIII "A" sinif şagirdləri ilə "Zərərli vərdişlərə yox deyək" mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə şagirdlər hazırladıqları təqdimatlarla çıxış edərək, zərərli vərdişlərin insan sağlamlığına mənfi təsirləri və siqaretlə mübarizə yolları barədə fikirlərini bölüşüblər. Bu cür tədbirlər şagirdlərin mövzuya dair bilik və anlayışlarını artırmaqla yanaşı, onların tədqiqat və təqdimat bacarıqlarının inkişafına da töhfə verir.