BilBacar müsabiqəsinin yanvar ayı üzrə “Yarış” mərhələsi keçirilib

10 fevral tarixində BilBacar müsabiqəsinin yanvar ayı üzrə “Yarış” mərhələsi keçirilib. Şagirdlər məktəb koordinatorunun nəzarəti altında yarışda iştirak ediblər.

Müsabiqənin onlayn mərhələsini hər sinif üzrə uğurla tamamlayan ilk 150 şagird 2025-ci ilin iyun ayında keçiriləcək canlı final mərhələsinə dəvət alacaq. Final mərhələsinə vəsiqə qazanan şagirdlər arasından hər sinif üzrə 3 nəfər I, 6 nəfər II və 9 nəfər III yerin qalibi təyin olunacaq.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərini inkişaf etdirmək, rəqəmsal platformada imtahan vermə bacarıqlarını formalaşdırmaq, xüsusi istedadlı şagirdləri və qabaqcıl məktəbləri müəyyən etməkdir.

#Məktəb301 #Təhsil #Şagird #ElmVəTəhsilNazirliyi #MÜTDA #ARTİ #EduAz #BilBacar #Müsabiqə

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi