"Siqaret çəkməyin sağlamlığa təsiri" mövzusunda maarifləndirici görüş

04 yanvar tarixində məktəbin UBTR-i S.Mustafayeva, psixoloqu N.İslamzadə və tibb bacısı G.Sultanova tərəfindən VIII siniflərdə "Siqaret çəkməyin sağlamlığa təsiri" mövzusunda maarifləndirici görüş keçirildi.

Siqaret çəkməyin insan orqanizminə ciddi zərər vurması, onun tərkibindəki nikotin və digər toksik maddələrin ürək-damar, tənəffüs və sinir sisteminə mənfi təsiri, siqaret ağciyər xərçəngi, bronxit, infarkt və insult riskini artırması, passiv siqaret çəkmə də ətrafdakı insanlara zərər vurması, xüsusilə uşaqlar və yaşlılar üçün təhlükəli olması şagirdlərin diqqətinə çatdırıldı.

Sağlam həyat tərzini qorumaq üçün siqaretdən imtina etmək vacibdir.

#zərərlivərdişlərəyoxdeyək

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi