Pedaqoji Şura iclası keçirildi

Pedaqoji Şuranın illik Fəaliyyət Planına uyğun olaraq 31 yanvar tarixində 2024-2025-ci tədris ilinin növbəti Pedaqoji Şura iclası keçirildi. Pedaqoji Şurada
2024-2025-ci tədris ili üzrə I yarımilin yekunları və II yarımildə qarşıda duran vəzifələr və hədəflər, I yarımil üzrə BSQ qiymətlərinin yarımillik yekun hesabatları, Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsində iştirak edəcək şagirdlərlə növbəti tura hazırlıq vəziyyəti, məktəb daxili nizam-intizam, şagird təhlükəsizliyinin qorunması məqsədilə valideyn məsuliyyətinin artırılması, risk qrupuna daxil olan şagirdlərlə aparılan işin gücləndirilməsi, psixoloji xidmətin təşkili, məktəbdə təhlükəsizliyin təmin olunması üçün nəzarətin gücləndirilməsi məsələləri müzakirə olunmuşdu və müvafiq qərarlar qəbul edilmişdi.