20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə əlaqədar xüsusi dərslər keçirilir

Məktəbin illik Fəaliyyət planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə "20 Yanvar-Ümumxalq hüzn günü" ilə bağlı tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına müvafiq olaraq yanvarın 17-də 3b sinfində 20 Yanvar faciəsinin otuz beşinci ildönümünə həsr olunmuş xüsusi dərs keçirilmişdir.
#301mekteb #BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #20Yanvar #virtualməktəb #fəalməktəb