Gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi barəsində görüş

14.01.2024-cü il tarixdə Bakı şəhər Binəqədi rayonu 301 nömrəli tam orta məktəbdə DİN Polis Akademiyasının nümayəndəsi, "Mülki hüquq" kafedrasının müəllimi polis leytenantı İsmayılzadə Nəiminin iştirakı ilə IX-XI sinif şagirdləri ilə gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi barəsində görüş keçirilmişdir. Görüşdə şagirdlərə polis akademiyasına qəbul qaydaları və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumatlar verilmişdir. Həmçinin gənclərə gələcəkdə dövlətinə və vətəninə sadiq olmaq və sağlam ruhda böyümək üçün müəyyən tövsiyələr verilmişdir.