“Partlayıcı sursatların təhlükəsinə dair” maarifləndirici videoçarx izlənilib

Ümumi təhsil müəssisələrində müəllim-şagird heyətinin partlayıcı hərbi sursat və mina təhlükəsinə dair maarifləndirilmə ilə bağlı təlimata uyğun olaraq “Partlayıcı sursatların təhlükəsinə dair” maarifləndirici videoçarxı şagirdlər izləyiblər. Videoçarxda müəllimlər tərəfindən qəza zamanı göstərilən ilk tibbi yardım, minaların növləri, onların təhlükəsi və digər mövzular barədə məlumatlar da verilib. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
#Məktəb301 #MÜTDA #BŞTİ #Maarifləndirmə #PartlayıcıSursatTəhlükəsi #BakıTəhsilİdarəsi #Şagird #Müəllim