İbtidai siniflərdə monitorinq keçirilib

18 dekabr 2024-cü il tarixində məktəb rəhbərliyi tərəfindən 3- cü siniflərdə Azərbaycan-dili, Riyaziyyat və İngilis-dili fənlərindən dinləyib - anlama və oxuyub -anlama üzrə monitorinq keçirilib. Monitorinqi təşkil etməkdə məqsəd dinlədikləri mətnə uyğun verilən tapşırıqları cavablandırmaq və bu sahədə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılmasıdır.
Dinləyib-anlama və oxuyub-anlama yoxlamalarının nəticələri şagirdlərin mətni necə və hansı səviyyədə mənimsədiyini, onların hansı mövzulardan və suallardan çətinlik çəkdiyini müəyyənləşdirməyə imkan verir.
#301mekteb #ElmVəTəhsilNazirliyi #BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Mekteb301 #Məktəb #Müəllim #Şagird #virtualməktəb