Düzgün Qidalanma: Enerji İçkilərinə Yox Deyək!
Məktəbin psixoloqu N.İslamzadə və tibb bacısı G.Soltanova tərəfindən VIII siniflərdə maarifləndirici görüş keçirildi.
Enerji içkiləri, tərkibində yüksək miqdarda şəkər və kofein olan içkilərdir və qısa müddətli enerji artışı təmin edir. Lakin onların müntəzəm istifadəsi ürək-damar problemləri, yüksək qan təzyiqi, yuxusuzluq və əsəbilik kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bunun əvəzinə, meyvə, tərəvəz və tam taxıllar kimi təbii qidalarla enerji ehtiyaclarımızı qarşılaya bilərik. Sağlam yaşamaq üçün enerji içkilərindən uzaq durmalı və düzgün qidalanmaya üstünlük verməliyik.