"Qaraca qız" mövzusunda nümunəvi dərs keçirilib

İbtidai sinif aylığı çərçivəsində noyabrın 27-də Qurbanova Vüsalə tərəfindən 4c sinfində Azərbaycan dili fənni üzrə "Qaraca qız" mövzusunda nümunəvi dərs təşkil olunmuşdur. Məqsəd müvafiq fənn üzrə şagirdlərin bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarət olmuşdur. Nümunəvi dərsdə fəal təlim metodlarından, qruplarla iş formasından istifadə olunub. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini işçi vərəqlərində qeyd ediblər. Qrupların təqdimatı dinlənilib və müzakirə olunub. Dərsdə şagirdlərin fəallığı və sinifdə müəllim-şagird münasibətlərində demokratiklik təmin olunub. Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən qiymətləndirmə aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi