Bilbacar müsabiqəsi
26.11.2024-cü il tarixində məktəbdə Bilbacar müsabiqəsinin noyabr ayı üzrə"Yarış" mərhələsi keçirilmişdir. Məktəbimizin 8,9 və 10-cu sinif şagirdləri rəhbərlik və məktəb koordinatorunun nəzarəti altında yarışda iştirak etmişlər.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi,Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərini inkişaf etdirmək,rəqəmsal platformada imtahan vermək bacarıqlarını formalaşdırmaq,xüsusi istedadlı şagirdləri müəyyən etməkdən ibarət olmuşdur.