Bilbacar müsabiqəsi
VIII, IX və X siniflərdə təhsil alan şagirdlərin məktəbdə qazandıqları bilik və bacarıqları həyatda istifadə etmək qabiliyyətini inkişaf etdirmək və şagirdləri bu bilik və bacarıqları real həyatda tətbiq etməyə sövq etmək məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə BilBacar müsabiqəsinə start verilib. Oktyabrın 29-da məktəb üzrə təyin olunan koordinatorlar müsabiqədə qeydiyyatdan keçmiş şagirdlərə müsabiqənin formatı, qaydalar və şərtləri barədə ətraflı məlumat veriblər.
#Məktəb301 #Bilbacar #Fəalməktəb #AzEdu #BakıTəhsilİdarəsi #Müsabiqə