Şagirdlərlə nağıllar aləminə səyahət
Məktəbin illik fəaliyyət planına uyğun olaraq 1-ci sinif şagirdlərinin məktəbə adaptasiya proqramı çərçivəsində sağlam-psixoloji mühitin yaradılması və formalaşdırılması, məktəb-şagird münasibətlərinin düzgün inkişaf etdirilməsi, mütaliəyə marağın artırılması məqsədilə birincilərlə müxtəlif fəaliyyətlərin icrası nəzərdə tutulub. Oktyabrın 23-də 1 a sinif şagirdləri nağıllar aləminə səyahət edərək müxtəlif nağıllar haqqında məlumat alıblar və oxuduqları nağılın cizgi filmini izləyiblər.