IV siniflərdə monitorinq
Oktyabrın 15-də məktəbin fəaliyyət planına uyğun olaraq 4-cü siniflərdə Azərbaycan dili fənnindən məktəbdaxili monitorinq keçirilmişdir.
Monitorinqin keçirilməsində məqsəd şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən mövcud problemlərinin müəyyənləşdirilməsi, problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, onların müvafiq fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılmasından ibarət olmuşdur.