Direktoryanı müşavirə keçirildi
25.09.2024-cü il tarixində məktəbdə ilk direktoryanı müşavirə keçirildi.
Müşavirə zamanı diaqnostik qiymətləndirmə ilə əlaqədar təhlil hesabatının hazırlanması, fəaliyyət planlarının icrası üçün tələb olunan ilkin tövsiyələrin verilməsi, şagirdlərin asudə vaxtının səmərəli təşkili ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə şair M.Füzulinin 530 illik yubileyinə həsr olunan 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinə ekskursiyanın təşkili və digər məsələlər müzakirə olundu.