Pedaqoji Şura iclası keçirildi

Pedaqoji şuranın illik Fəaliyyət Planına uyğun olaraq iyunun 13-də 2022/2023-cü tədris ili üçün ll yarımilin yekunlarına həsr olunmuş növbəti pedaqoji şura iclası keçirildi.

İclasda 2022-2023-cü dərs ilinin yekunları, IX siniflərə ümumi orta təhsil, XI siniflərə tam orta təhsil haqqında adi və fərqlənmə attestatlarının verilməsi, müəllimlərin ilkin dərs bölgüsü, şagirdlərin sinifdən sinfə keçirilməsi, yay tapşırıqlarının verilməsi, gələn tədris ilinin fəaliyyət planının hazırlanması üçün pedaqoji heyət üzvlərindən işçi qrupunun seçilməsi və cari məsələlər müzakirə olundu.

Direktor müavinlərinin və metodbirləşmə rəhbərlərinin hesabatları dinlənildi.

Sonda rəhbərlik sertifikasiyada iştirak edəcək müəllimlərə uğurlar dilədi və beləliklə cari ilin sonuncu pedaqoji şura iclası xoş əhval ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi