Ortaq Türk Dünyası məktəblilərarası tarix olimpiadasının şəhər (ölkə) mərhələsi
“Heydər Əliyev İli”nə həsr olunmuş Ortaq Türk Dünyası məktəblilərarası tarix olimpiadasının şəhər (ölkə) mərhələsi keçirilib.
Paytaxtdakı 18 nömrəli tam orta məktəbdə keçirilən şəhər (ölkə) mərhələsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri iştirak ediblər.
Şagirdlər ümumilikdə ortaq türk dünyası tarixi və mədəniyyətini əhatə edən 30 sualı cavablandırıblar.
Sualların cavablandırılması üçün şagirdlərə 1 saat (60 dəqiqə) vaxt verilib.
Şəhər (ölkə) mərhələsinin nəticələrinə əsasən ən yüksək bal toplayan 6 şagird olimpiadanın final mərhələsində ölkəmizi təmsil edəcək.