9-cu siniflərdə dərs keçən fənn müəllimləri ilə iclas

Dekabrın 2-də məktəbin direktoru Natəvan Əsədova 9-cu siniflərdə dərs keçən Azərbaycan dili, riyaziyyat və ingilis dili fənn müəllimləri ilə iclas keçirib. İclasın məqsədi buraxılış imtahanlarında şagirdlərin yüksək nəticə göstərmələrinə çalışmaq və təhsilin keyfiyyətini artırmaq olub. Bu səbəblə 9-cu siniflərdə dərs keçən müəllimlərə şagirdlər üçün təşkil edilmiş əlavə məşğələ saatlarından səmərəli istifadə edilməsi tövsiyə olunub.

Belə ki, hər ay keçirilən monitorinqlərin nəticələri təhlil edilərək inkişaf dinamikası izləniləcək. Eyni zamanda məktəbin direktoru Natəvan Əsədova təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Niftiyevaya əlavə məşğələdə şagirdlərin davamiyyətinə nəzarət etməsini və müəllimlərə şagirdlərlə daha ciddi məşğul olmalarını tapşırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi