Dərsə davamiyyətə xüsusi nəzarət

Dərs ilinin əvvəlindən 7B sinif şagirdi Yusifli Şükür Elçin oğlunun dərsə davamiyyəti zəif olmuşdur. 2 həftədir ki, dərsə gəlmir. Onun valideynləri ilə dəfələrlə söhbət aparılmışdır. Şagirdin məktəbə mütləq gələcəyinə söz versə də, valideyni sözə əməl etməmişdir. Məktəbə gəlməməsinin səbəbini öyrənmək üçün tərbiyə işləri üzrə direktor müavini Solmaz Əhmədova, sinif rəhbəri Nigar Məmmədova, psixoloq Taciyəxanım İmanova 02.12.2019-cu il tarixdə şagirdin mənzilinə getmişlər. Evdə valideynlərlə- baba Sədaqət Yusifli, ata Elçin Yusifli, ana Xəyalə Yusifli ilə söhbət aparmışlar. Valideynlər Şükürün məktəbə gələcəyinə söz vermişlər.

 Bu şagirdlə müvafiq işlərin aparılması məktəbin tərbiyə işləri üzrə direktor müavini Solmaz Əhmədovanın nəzarəti altında psixoloq Taciyəxanım İmanovaya tapşırılmışdır.  

  Qeyd edək ki, bu gündən Yusifli Şükür Elçin oğlunun dərsə davamiyyəti bərpa edilmişdir.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi