“Ölkəmizi Tanıyaq” tur-aksiyasının yekunu

Noyabrın 27-də Binəqədi Rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində ölkəmizin qərb rayonlarından olan Gəncə, Şəmkir və Göygöl rayonlarına səfər etmiş məktəbin IX sinif şagirdləri İnarə Əhmədzadə və Leyli Rzalı təəssüratlarını həmyaşıdları və müəllimləri ilə bölüşüblər. Görüş zamanı şagirdlər səfər çərçivəsində çəkdirdikləri foto və video görüntülərdən ibarət qısa təqdimat ediblər. Xatirələrini bölüşən məktəblilər bu cür layihəyə görə dövlət başçısına təşəkkür edərək layihənin davamlı olması ilə bağlı arzularını bildiriblər. Təəssüratlarında şagirdlər gəzdikləri məkanları, tarixi yerləri çox bəyəndiklərini və bütün bunların onların xatirələrində əbədi qalacağını vurğulayıblar.

 Keçirilən tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini, UBR, müəllim və şagirdlər iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi