3 №-li Pedaqoji Şura keçirilib

Noyabrın 20-də 3 №-li Pedaqoji Şura keçirilib.
İclasda 5 və 9-cu siniflərdə keçirilən diaqnostik qiymətləndirmənin nəticələri, şagirdlərin dərsə davamiyyəti, psixoloji hissi-emosional vəziyyətinə görə risk qrupuna daxil edilmə ehtimalı olan şagirdlərin müəyyənləşdirilməsi, onların hər biri üçün fərdi pedaqoji-psixoloji bərpa planının hazırlanıb valideynlərin iştirakı ilə həyata keçirilməsi, “Müəllimlərin etik davranış qaydaları”, cari məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
Sonda məktəb rəhbərliyi fənn müəllimlərini maraqlandıran sualları cavablandırıb.