Valideynlərlə maarifləndirici görüş

Noyabrın 15-də məktəbin direktoru Natəvan Əsədova valideyn komitələrinin sədrləri ilə görüş keçirib. Görüşdə valideyn-müəllim, valideyn-məktəb münasibətlərinin qurulması barədə söhbət açıb. Eyni zamanda məktəbin tərbiyə işləri üzrə direktor müavini Solmaz Əhmədova çıxış edib. O, valideynləri “Ümumtəhsil məktəblərində Nümunəvi Nizamnamə”də qeyd olunmuş “Valideynlərin və digər qanuni nümayəndələrin hüquq və vəzifələri”nin bəndi ilə tanış edib. Valideynlərlə birgə işləmək və onların məktəb həyatında yaxından iştirakının şagirdlərə və eləcə də məktəb həyatına müsbət təsir etdiyini açıqlayıb. Onları sinif rəhbərləri ilə birgə dərsdənkənar tədbirlərin təşkilində fəal iştirak etməsinə dəvət edib.

Digər bir məsələ haqqında məktəbin direktoru Natəvan Əsədova çıxış edərək valideynləri tədris prosesində iştiraka dəvət edib. Hətta KSQ və BSQ prosesində iştirakçı kimi fəaliyyət göstərə bilmələrini vurğulayıb. Eyni zamanda müxtəlif adda (fond pulu, xadimə pulu, BSQ, KSQ pulu və s) pul yığılmasının qəti qadağan olduğunu bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi