“Xarı Bülbül” festivalı

Noyabrın 13-də Binəqədi Rayonu Şuşa Dövlət Musiqili Dram Teatrında “Xarı Bülbül” gənclərin 2-ci yaradıcılıq festivalı keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən festivalın əsas məqsədi Qarabağın mədəni incilərini təbliğ etmək, gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və artırılmasına yardımçı olmaq, habelə uşaq və yeniyetmələrdə yaradıcılığa maraq oyatmaq olub. Rəsmi açılışda dövlət qurumlarının nümayəndələri, diplomatlar, yeniyetmə və gənclər iştirak edib.
Bu möhtəşəm layihədə məktəbin 3b sinif şagirdləri də fəal iştirak ediblər.