Sən həmişə bizimləsən, İlham!

Bu gün aldığımız xəbər bütün şagirdləri və müəllimləri sarsıtdı. Məktəbimizin XI sinif şagirdi Rəhimli İlham Əliheydər oğlu dünən dəm qazından zəhərlənərək dünyasını dəyişmişdir. Məktəb tədbirlərində fəal iştirak edər, təmas xəttində yaranmış gərginliyə sərt münasibət bəsləyərdi. İlham “İgid əsgər” mahnısını ürəkdən oxuyaraq məktəbi qutarıb Vətənə xidmətə gedəcəyini qürur hissi ilə deyərdi. Artıq biz gələcəyin igid əsgərlərindən birini itirdik. Sən həmişə qəlbimizdəsən. Yerin cənnət olsun, İlham!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi