Pedaqoji şuranın növbədənkənar iclası keçirilib
Noyabrın 5-də pedaqoji şuranın növbədənkənar iclası keçirilib. İclasda məktəbin direktoru r.ü.f.d Natəvan Əsədova təmayülləşmə, keyfiyyətə nəzarət işi, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, təlimdə keyfiyyətin artırılmasının üsul və formaları, valideynlərlə işin qurulması, tərbiyə işinin təşkilində qarşıya çıxan problemlərin həlli və digər müvafiq mövzularda çıxış edib, müəllimləri maraqlandıran sualları cavablandırıb.
Eyni zamanda “Məktəb seminarları”nda qeyd olunan məsələləri pedaqoji kollektivin nəzərinə çatdırıb. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.