“Nəsimi dühası-650 il”

Oktyabrın 28-də Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Nəsimi dühası-650 il” adlı layihə çərçivəsində növbəti təqdimat baş tutdu.

3, 102 və 276 nömrəli tam orta məktəblərin birgə təşkilatçılığı ilə məktəbin akt zalında keçirilən təqdimatda layihənin əsasnaməsində nəzərdə tutulduğu kimi tam orta məktəblərin şagirdlərinin ifasında Nəsimiyə həsr olunmuş müxtəlif qəzəllər, musiqilər ifa edildi, kompozisiyalar nümayiş etdirildi.

Tədbirin bədii hissəsi başa çatdıqdan sonra çıxış edən məktəbin direktoru riyaziyyat üzə fəlsəfə doktoru Natəvan Əsədova tədbirin hazırlanması haqqında məlumat verdi. Bildirdi ki, orta məktəblərdə bu cür tədbirlərin keçirilməsi şagirdlərin hərtərəfli yetişməsində, onların maarifləndirilməsində olduqca mühüm rol oynayır.

Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirdi ki, İmadəddin Nəsimi təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün böyük mütəfəkkir, istedadlı şəxsiyyətdir. Onun yaradıcılığı dünya poeziyasına mühüm töhfədir. Ramiz Göyüşov çıxışının sonunda məktəbliləri təbrik edərək, onlara uğurlar arzuladı. 

Təqdimatlar nümayiş olunduqdan sonra hazırlanmış tamaşaların əsasında final tədbirinin və öncədən təsdiq edilmiş münsiflər heyətinin qərarına əsasən mükafatlandırılma mərasiminin keçirilməsi planlaşdırılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi