Azərbaycan dili fənni üzrə metodbirləşmə iclası
Oktyabrın 29-da Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə sədri Cəbiyeva Dilarə fənn müəllimləri ilə iclas keçirib. İclasın məqsədi Təlimə Dəstək Mərkəzinin 2019-cu il oktyabr ayından başlayaraq keçirilən “Diaqnostik və formativ qiymətləndirmə, planlaşdırma haqqında” seminarda metodist S.Məmmədovanın tövsiyələrini həmkarlarına çatdırmaq idi.