Diaqnostik və formativ qiymətləndirmə haqqında məlumat
Oktyabrın 24-də məktəbin 9-cu sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi. Bu görüşdə diaqnostik və formativ qiymətləndirmənin məqsəd və mahiyyəti valideynlərin diqqətinə bir daha çatdırıldı. Məktəbin rəhbərliyi tərəfindən keçirilmiş monitorinqin nəticələri müzakirə olundu, şagirdlərin nailiyyətinin yüksəldilməsi üçün davamiyyətin önəmli olduğu vurğulandı və istiqamətləri müəyyənləşdirildi. Valideynləri maraqlandıran suallar cavablandırıldı.