Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib

Oktyabrın 1-də məktəbin məktəbəhazırlıq qruplarında 2019-2020-ci tədris ili üzrə ilk məşğələlərə start verilib.

2019-2020 – ci tədris ilində məktəbdə Azərbaycan bölməsi üzrə dörd qrupda 99 nəfər 5 yaşlıların elektron ərizələri təsdiq edilib.

Məktəbəhazırlıq qruplarında gün ərzində 3 məşğələ və həftədə 4 gün olmaqla, ümumilikdə 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi