“Həmkara dəstək“ layihəsi əsasında təlimlər, seminarlar davam edir
Məktəbimizdə müəllimlərin peşəkarlıq səviyyəsini yüksəltmək məqsədi ilə keçirilən “Həmkara dəstək“ layihəsi əsasında təlimlər, seminarlar davam edir. Bu gün keçirilən təlim müəllimlərin innovativ təcrübələrini inkişaf etdirmək, mətbuatda qabaqcıl təcrübəni bölüşmək, həmkarından öyrənmək və öyrətmək, innovativ layihələrin hazırlanması və bu layihələrdə iştirak etməkdən ibarət idi. Tədbiri məktəbimizin qabaqcıl coğrafiya müəllimi təlimçi-mentor İsgəndərova Şahsənəm Veysəl qızı aparırdı.