“Kompyuter əsri olsa da, kompyuterin əsiri olmayaq“ mövzusunda seminar keçirildi

Ümumtəhsil məktəblərinin 2015-2016-cı tədris ilinin mart ayı üçün fəaliyyət planının 4.1 bəndinə uyğun olaraq R.Əliyev adına 3 saylı tam orta məktəbdə 30 mart 2016-cı il tarixində V sinif şagirdləri və valideynlərin iştirakı ilə “ Kompyuter əsri olsa da, kompyuterin əsiri olmayaq “ mövzusunda seminar keçirildi. Seminarı informatika-riyaziyyat müəllimi Məmişov Fuad apardı. Tədbirdə şagirdlərin kompyuterdən və internetdən kortəbii şəkildə istifadə etməsinin yaratdığı fəsadlar haqqında geniş məlumat verildi. Video-roliklərdən istifadə etməklə kompyuterin zərərli və xeyirli tərəfləri nümayiş etdirildi. Məktəbin hərbi rəhbəri Səlimov Elgiz kompyuterin insan sağlamlığına zərərləri haqqında, ondan düzgün və qədərində istifadə etmək barədə şagirdlərə lazımi tövsiyyələrini verdi. Seminarda təlim-tərbiyə işləri üzrə direktor müavinləri Həsənova Kifayət və Sarıyeva Sevda iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi