“Bilik günü”

Sentyabrın 16-da məktəbdə “Bilik günü” qeyd olunub.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Aynur Abbasova, məktəbin direktoru Natəvan Əsədova, direktor müavinləri, müəllimlər, valideynlər, şagirdlər iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə məktəbin direktoru Natəvan Əsədova çıxış edərək ilk öncə birinciləri təbrik edib, daha sonra yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən, məktəb məzunlarının qəbul imtahanlarındakı uğurlarından bəhs edib.

Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Aynur Abbasova yeni dərs ilinin başlanması münasibətilə şagirdləri, valideynləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb.

Sonra məktəblilərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib.

Tədbirin sonunda 2019-2020-ci dərs ilinin başlanması üçün ilk zəng çalınıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi